ABŞ–İran gərginliyi artır: “maksimal təzyiq siyasəti” davam edir

ABŞ–İran gərginliyi artır: “maksimal təzyiq siyasəti” davam edir
12:30

ABŞ və İran arasında gərginlik yenidən artmaqdadır. Siyasi şərhçilər bunu Vaşinqtonun “maksimal təzyiq siyasəti”ni davam etdirməsi kimi qiymətləndirirlər.

Politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında bildirib ki, ABŞ tərəfi, xüsusilə Donald Trump administrasiyası dövründə sərt bəyanatlarla çıxış edərək İranı danışıqlara məcbur etməyə çalışır.

Onun sözlərinə görə, “48 saat vaxtın qaldı” və buna bənzər mesajlar Tehrana təzyiq vasitəsi kimi istifadə olunur və əsas məqsəd güzəştlərə nail olmaqdır.

Rəşad Bayramov qeyd edib ki, hazırkı vəziyyət “idarə olunan gərginlik” modelinə bənzəyir. Yəni, tərəflərin heç biri geri addımı nüfuz itkisi kimi qəbul edir. ABŞ özünün supergüc imicinin zədələnməsindən ehtiyat edir, İran isə daxildə rejimin legitimliyinin sual altına düşməsindən narahatdır.

Politoloq əlavə edib ki, İranda siyasi və hərbi strukturlar arasında müəyyən parçalanma mövcuddur və bu da qərarların vahid şəkildə qəbul olunmasını çətinləşdirir.

Onun fikrincə, Vaşinqtonun sərt mesajları həm danışıqlara hazır olan, həm də razılaşmadan yayınan tərəflərə eyni anda təzyiq vasitəsi kimi istifadə olunur.

Bayramov sonda vurğulayıb ki, ABŞ-ın müxtəlif strukturlarla paralel şəkildə apardığı siyasət prosesi daha da mürəkkəbləşdirir və gərginliyi artırır.



Sizin reklam burada
Sizin reklam burada