ABŞ yataqları qorumaq üçün Ukraynaya qoşun göndərə bilər -"NBC"

ABŞ yataqları qorumaq üçün Ukraynaya qoşun göndərə bilər -"NBC"
17 Fev 2025 14:50

ABŞ hökuməti Rusiya və Ukrayna arasında sülh razılaşması əldə edildikdən sonra Ukraynadakı faydalı qazıntı yataqlarını qorumaq üçün öz ordusunu bu ölkəyə göndərə bilər. Bu barədə xarici KİV məlumat yayıb. Saytlar NBC telekanalına istinad ediblər. NBC adı açıqlanmayan mənbələrə istinadən yazıb:

“Müqavilə ilə (faydalı qazıntılar üzrə – red.) tanış olan Amerika rəsmiləri Vaşinqtonun faydalı qazıntıları qorumaq üçün Ukraynaya qoşun göndərməyə hazır olduqlarını bildiriblər”.

Bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-nin vitse-prezidenti Vensə Vaşinqtonun Ukraynanın mineral ehtiyatlarına çıxışı ilə bağlı saziş imzalamaqdan imtina etdiyini bildirib. O, qərarını onunla əsaslandırıb ki, təklif olunan sənəd Ukraynanın maraqlarına uyğun deyil.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada