ABŞ-də “Seattle Center” ərazisində baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
News365.az xəbər verir ki, hadisə şəhərdə keçirilən festival zamanı baş verib.
İlkin məlumata görə, yaralılar arasında azyaşlı uşaq da var.
Polis hadisə ilə bağlı araşdırma aparır, ən azı bir şübhəli saxlanılıb.