AB rus qazına Ukraynaya yardımdan daha çox pul xərcləyib

AB rus qazına Ukraynaya yardımdan daha çox pul xərcləyib
13 İyl 2025 17:54

2024-cü ildə Avropa Birliyi Rusiya qazının alınmasına Ukraynaya yardımdan daha çox pul xərcləyib. 

News365.az xəbər verir ki, bunu AB-nin energetika üzrə komissarı Dan Yorgensen deyib. 

Yorgensen Avropa Komissiyasının 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina etmək məqsədini təsdiqləyib. 

O, həmçinin yeni asılılığa düşməmək üçün alternativ bərpa olunan və nüvə enerjisinin inkişafının vacibliyini qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada