AB-də siyasi gərginlik: Leyenin istefası istənilir

AB-də siyasi gərginlik: Leyenin istefası istənilir
10:58

Avropa Birliyinin yüksək vəzifəli məmurları Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenin toksikliyinə getdikcə daha çox əmin olurlar və onun istefasını istəyirlər.

Bu barədə İsveçrənin “Die Weltwoche” jurnalı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Brüssel hesab edir ki, AK rəhbərinin istefası AB-də bir çox proseslərin qarşısını aça bilər.

“AB-dəki siyasi böhran fon der Leyenin xeyrinə deyil. Qərbdə ABŞ-la ticarət mübahisəsi var, Şərqdə Ukraynada münaqişə və Rusiya ilə münasibətlərin pisləşməsi (sanksiyalar həm də ticarət müharibəsinin bir növüdür) və üstəlik, qitə üçün o qədər də ürəkaçan olmayan Çinlə qarşıdurma davam edir”.


Sizin reklam burada
Sizin reklam burada