800 milyonluq mənimsəmə: Özbəkistan prezidentinin qızı məhkəmə qarşısında

800 milyonluq mənimsəmə: Özbəkistan prezidentinin qızı məhkəmə qarşısında
15:54

İsveçrə Federal Cinayət Məhkəməsində Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı genişmiqyaslı məhkəmə prosesi başlayıb.

News365.az xəbər verir ki, Kərimova irimiqyaslı korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur. İstintaq materiallarına görə, o, Özbəkistanda lisenziya əldə etmək istəyən telekommunikasiya şirkətlərindən milyardlarla dollar dəyərində rüşvət alıb və bu vəsaitlərin yüz milyonlarla dollarını İsveçrədəki hesablar, fiktiv şirkətlər və daşınmaz əmlak vasitəsilə leqallaşdırıb.

Cinayət işi çərçivəsində artıq təxminən 800 milyon frank məbləğində vəsait müsadirə edilib. İstintaq əsasən 2005-2012-ci illəri əhatə edir və medianın məlumatına görə, məhkəmə prosesi təxminən bir ay davam edəcək.

Xatırladaq ki, Gülnarə Kərimova bundan əvvəl Özbəkistanda 13 ildən artıq müddətə azadlıqdan məhrum edilib və hazırda cəzasını orada çəkir. İsveçrədəki məhkəmənin nəticələri həm mənimsənilmiş vəsaitlərin taleyi, həm də beynəlxalq maliyyə cinayətləri ilə mübarizə baxımından mühüm əhəmiyyət kəsb edir.

Hazırda vəkillər müdafiə tərəfinin arqumentlərini hazırlayır, prokurorluq isə yeni dəlillərin olduğunu iddia edir. Bu proses Mərkəzi Asiyanın keçmiş elit təbəqəsinin maliyyə əməliyyatlarının şəffaflaşdırılması istiqamətində növbəti böyük addım hesab olunur.


Sizin reklam burada
Sizin reklam burada