22 min avroya saxta pasport aldılar, Bakıda həbs olundular

22 min avroya saxta pasport aldılar, Bakıda həbs olundular
09:44

Saxta pasportlarla Azərbaycana gələn İran vətəndaşı olan ər-arvad həbs ediliblər.

News365.az-ın əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verib.

İran vətəndaşı olan ər-arvad 22 min avro ödəyərək saxta Rumıniya pasportları əldə ediblər. Onlar adlarını dəyişərək Andrey Popesku və Yelena Popesku kimi qeydiyyatdan keçiblər.

Cütlük saxta pasportlarla Azərbaycana gələrək buradan Avropa ölkələrindən birinə getməyi planlaşdırıb. Lakin İrandan təyyarə ilə Bakıya gəldikdən sonra nəzarət-buraxılış məntəqəsində saxlanılıblar.

Araşdırma zamanı onların Urmiya şəhərindən olan İran vətəndaşları olduqları və saxta pasportlardan istifadə etdikləri müəyyən edilib. Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Andrey Popesku 1 il 7 ay, Yelena Popesku isə 1 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər.


Sizin reklam burada
Sizin reklam burada