News365.az xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə radiosuna müsahibəsində belə bir ehtimalın gündəmdə olduğunu bildirib.
Nazir bununla belə, diplomatik qərarın qarşılıqlı addımlara səbəb ola biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, Moskva da cavab olaraq Polşanın Rusiyadakı diplomatlarından birini ölkədən çıxara bilər.
Sikorski bildirib ki, Varşava hələlik bu addımı atmaq niyyətində deyil. Polşa tərəfi Rusiyanın qonşu dövlətlərə qarşı təzyiqlərini və eskalasiya siyasətini dayandıracağına ümid edir.
Daha əvvəl Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Rusiyaya məxsus iki raket və bir pilotsuz uçuş aparatının ölkənin hava məkanını pozduğunu açıqlamışdı.
Beləliklə, hava məkanının pozulması ilə bağlı insidentlər iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da mürəkkəbləşdirir.
News365.az