Oğurladığı pulla özünə “iPhone 18” aldı

Oğurladığı pulla özünə “iPhone 18” aldı
16:15

Paytaxtın Binəqədi rayonunda gecə saatlarında bir neçə avtomobilin şüşəsi sındırılıb. Avtomobillərdən ümumilikdə 2 min manata yaxın nağd pul və 400 manat dəyərində maqnitofon oğurlanıb.

News365.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə oğurluqları törədən N.Teymurov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, N.Teymurov oğurladığı pulla ilkin ödəniş edərən özünə “iPhone 18” markalı mobil telefon alıb.



Sizin reklam burada
Sizin reklam burada