Zaqatalada axtarılan 80 yaşlı Xəlil Mustafayevin oktyabrın 13-də itkin düşdüyü məlum olub.
News365.az xəbər verir ki, X.Mustafayev həmin gün günorta saatlarında yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb.
Yaxınlarının sözlərinə görə, onun əlində çomaq olub və sonuncu dəfə "Mozaika" adlanan ərazidə görünüb.
Qeyd edək ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 80 yaşlı Xəlil Mustafa oğlu Mustafayevin axtarışlarına cəlb olunub. Əməliyyata xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarışlar davam etdirilir.