WhatsApp-da mesajlar bir dəfə oxunacaq

WhatsApp-da mesajlar bir dəfə oxunacaq
09:36

"WhatsApp" istifadəçilərin məxfiliyini artırmaq məqsədilə yeni funksiyanı sınaqdan keçirir.

News365.az “WABetaInfo”ya istinadən xəbər verir ki, yenilik vasitəsilə mətn mesajlarını yalnız bir dəfə oxumaq mümkün olacaq.

Məlumata görə, funksiya “Android” üçün “WhatsApp”ın 2.26.45.6 beta versiyasında bəzi istifadəçilər üçün əlçatan olub. Yenilik adi mətn mesajlarına “Bir dəfə bax” (View Once) rejimini tətbiq etməyə imkan verir.

Funksiyadan istifadə etmək üçün çatda mesaj yazdıqdan sonra göndərmə düyməsini basıb saxlamaq lazımdır. Açılan menyudan “View Once” seçildikdə mesaj göndərilir.

Qəbul edən şəxs mesajın məzmununu çatda birbaşa görə bilməyəcək. Onu oxumaq üçün mesajın üzərinə toxunaraq ayrıca açılan pəncərəyə keçməlidir. Pəncərə bağlandıqdan sonra mesajı yenidən açmaq mümkün olmayacaq. Bu zaman çatda mesajın oxunduğunu bildirən işarə görünəcək.

Yeni funksiyada məxfiliyin qorunması üçün bir sıra məhdudiyyətlər də nəzərdə tutulub. Belə ki, mesajı kopyalamaq, başqa çata yönləndirmək və saxlamaq mümkün olmayacaq. Həmçinin mesaj açıq olduğu müddətdə ekran görüntüsünün və ekran yazısının alınması bloklanacaq.


Sizin reklam burada
Sizin reklam burada