Ürək xəstəliyi olanların nəzərinə: Bu sizin sağlamlığınıza ziyandır

Ürək xəstəliyi olanların nəzərinə: Bu sizin sağlamlığınıza ziyandır
14:31

Yuxunun azlığı qədər çoxluğu da sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün gecə yuxusunun müddəti mühüm əhəmiyyət daşıyır. Yeni araşdırma göstərib ki, uzun müddət yatmaq bu kateqoriyadan olan şəxslərdə ölüm riski ilə əlaqəli ola bilər.

Tədqiqat çərçivəsində ürək-damar xəstəliyi olan 3287 ABŞ sakininin sağlamlıq məlumatları təhlil edilib. İştirakçılar gecə yuxusunun müddətinə əsasən üç qrupa ayrılıblar: 6 saat və daha az, 7-8 saat, eləcə də 9 saat və daha çox yatanlar.

15 il davam edən müşahidələr zamanı iştirakçıların təxminən yarısı həyatını itirib. Ölənlərin 17 faizinin ölüm səbəbi ürək-damar xəstəlikləri, 33 faizinin isə digər xəstəliklər olub.

Nəticələrə əsasən, gecə 9 saat və daha çox yatan şəxslərdə ölüm riski 7-8 saat yatanlarla müqayisədə 51 faiz yüksək qeydə alınıb. Ürək-damar xəstəlikləri səbəbindən ölüm ehtimalı isə həmin qrupla müqayisədə 53 faiz çox olub.

Araşdırmada ən aşağı ölüm riski gecə təxminən 6-7 saat yatan iştirakçılarda müşahidə edilib.

Beləliklə, tədqiqat yuxu müddəti ilə ürək-damar xəstələrinin uzunmüddətli sağlamlıq göstəriciləri arasında əlaqə olduğunu ortaya qoyur. Bununla belə, nəticələr çox yatmağın birbaşa ölümə səbəb olduğunu sübut etmir.


Sizin reklam burada
Sizin reklam burada