Yanvardan pensiyalar bu qədər artacaq

Yanvardan pensiyalar bu qədər artacaq
25 Noy 2026 17:45

Pensiyaların 7,5 faiz artırılması gözlənilsə də, bu artım vətəndaşların gündəlik xərclərini qarşılamaq və alıcılıq qabiliyyətini qorumaq üçün yetərli olmaya bilər.

News365.az  xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, pensiyaların indeksləşdirilməsi inflyasiyanın əhalinin gəlirlərinə təsirini azaltmağa xidmət etməlidir.

AQC sədri qeyd edib ki, hazırda 320 manat olan pensiyanın 7,5 faiz artırılması təxminən 344 manat təşkil edir. Lakin artım hər kəsə eyni məbləğdə tətbiq olunmayacaq. Yekun ödəniş fərdi pensiya kapitalı və əmək stajı əsasında hesablanacaq.

V.Oruc hesab edir ki, mövcud qiymət artımları fonunda pensiyaların 600 manat səviyyəsinə çatdırılması zəruridir.

O, həmçinin 2027-ci ilin dövlət büdcəsində sosial təminat və tədbirlər üçün təxminən 18 milyard manat vəsait nəzərdə tutulmasını sosial siyasətə diqqətin göstəricisi kimi qiymətləndirib.


Sizin reklam burada
Sizin reklam burada