Bəzi rayonlara qar yağır - Faktiki hava

Bəzi rayonlara qar yağır - Faktiki hava
17:20

Noyabrın 25-i saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə qar yağır.

Naxçıvan, Şərur, Şahbuz, Salyan, Neftçala, Lerik, Tovuz, Ağdam, Ağstafa, Hacıqabul, Bərdə, Sabirabad, Zaqatala, Balakən, İsmayıllı, Göyçay, Xaçmaz, Qəbələ, Şəki, Mingəçevir, Oğuz, İmişli, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Zərdab, Goranboy, Naftalan, Beyləqan, Tərtər, Yevlax, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Bakıda və Abşeron yarımadasında yağış, Kəlbəcər, Sarıbaş (Qax), Daşkəsən, Xızı, Qrız, Quba, Qusar, Şahdağda isə qar yağır.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 28, Neftçalada 24, Goranboy, Daşkəsəndə 23, Bakıda və Abşeron yarımadasında 22, Kəlbəcərdə 20, Culfada 19, Lerik, Şabran, Naftalanda 18, Şirvanda 15 m/s-dək güclənir.


Sizin reklam burada
Sizin reklam burada