Şimali Koreyadan İsveçrəyə ultimatum: Diplomata 48 saat vaxt verildi

Şimali Koreyadan İsveçrəyə ultimatum: Diplomata 48 saat vaxt verildi
13:50

Şimali Koreya ilə İsveçrə arasında diplomatik gərginlik yaranıb. Pxenyan İsveçrənin ölkədəki diplomatik nümayəndəsini arzuolunmaz şəxs elan edərək onun ölkədən çıxarılmasını tələb edib. Bununla yanaşı, İsveçrənin Pxenyandakı səfirliyinin fəaliyyətinə də son qoyulması istənilib.

News365.az Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyi isveçrəli diplomat Astaire Silvainə rəsmi nota təqdim edib.

Sənədi ona KXDR Xarici İşlər Nazirliyinin Avropa Departamentinin rəhbəri Pak Hyonsu şəxsən təqdim edib.

Pxenyanın mövqeyinə görə, ölkənin suveren hüquqlarına və vətəndaşlarının maraqlarına qarşı yönələn hərəkətlərə yol verilə bilməz.

Şimali Koreya diplomata ölkəni tərk etməsi üçün 48 saat vaxt verib. Eyni zamanda, İsveçrənin Pxenyandakı səfirliyinin bağlanması tələbi irəli sürülüb.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada