Culfada avtomobilin vurduğu 72 yaşlı qadın 9 gün sonra xəstəxanada dünyasını dəyişib.
News365.az xəbər verir ki, hadisə noyabrın 16-da Culfa şəhərində baş verib. Belə ki, avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Cəfərova Xədicə Rəşad qızını vurub.
Müxtəlif bədən xəsarətləri alan qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 72 yaşlı qadın bu gün vəfat edib.