ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyasından bir gün sonra, yanvarın 21-də Çikaqoda qeyri-qanuni mühacirlərin axtarışı üçün böyük reyd keçirməyi planlaşdırıb. Bu fikirlər The Wall Street Journal-da dərc olunan məqalədəndir.
Nəşrin məlumatına görə, reyd yanvarın 21-i səhər saatlarında başlayacaq və bütün həftə davam edəcək. Bu prosesə 200-ə qədər ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşı cəlb ediləcək.
Reydin məqsədi ABŞ-də qeyri-qanuni olan və Trampın sələfi Cozef Bayden dövründə deportasiya üçün yetərli sayılmayan qanun pozuntuları törətmiş (məsələn, yol hərəkəti qanunlarını pozan) miqrantları tapmaqdır.
Məqalədə deyilir ki, ilk hədəf olaraq Çikaqo şəhərin son 2,5 il ərzində 50 mindən çox immiqrantı qəbul etməsi və Trampın şəhərin meri Brandon Conson ilə münasibətlərinin gərginləşməsi səbəbindən seçilib.
Tural