1828 dən sonra...
Bu tarix bizim həyatımıza tək İl fərqini gətirmədi, həyatımızın bütün cəhətləri dəyişdi.
Əsasların dəyişməsi tanımaların dəyişməsi ilə ya yenilənər, ya da "əsaslanar", davam edər.
Bizim coğrafiyada "əsas"lar təməlindən yeni əsaslara bağlanmağla tam dəyişməyə başladı.
Bizim "əsas" nə idi?
1828
ə qədər kimsən sən sualının cavabı ilə bura kimindir sualı Bir cavaba bağlanardı,
Coğrafiya Mülklər və bu mülklərin sahibi olanların arasındakı anlaşmalar içində həll edilərdi.
Mülk kimindir sualına cavab Allahındır, onun üzərində idarə edənlər isə bu mülkü əmanət olaraq saxlayanlara məxsus idi,
1828 dən əvvəl olanlar bizim coğrafiyada bu ümmimiləşmədən uzaq düşmüşdü,
100 ildi ki, rahatsız coğrafiya və narahat bir kimlik arasında ağrılı bir proseslər yaşanmışdı.
Tarix bu dönəmə Xanlıqlar dönəmi kimi baxır,
Bu tarixi yazan isə Rus və Avropa tarixçiləridirlər. Xanlığlar dönəmi hər şeyin unudulduğu dönəm idi, Çarəsizlik içində kim kimdir, nə nədir bilinməz, Vahid bir bağlantısı olmayanların Sabah kim tez oyandısa, kim başına daha böyük dəstə yığıdısa onun qazana biləcəyi dönəm idi.
Köhnə düşmən Osmanlı, yeni düşmən Rus arasında seçim edə bilməyənlər gah Osmalının, gah da Rusun oyunları ilə Güc sahibi olduğlarını bəyan edərdilər,
Nadir Şahdan sonrakı fəlakətlər durmadan artmaqda idi.
Və nəhayət bu proses 1828 də bitdi.
Qaçan qaçmış, gedən getmiş, çarəsiz qalanların isə dərdlərinə dərman olacaq vədlər olmağı üçün sonuncu umid olan torpağ ilk kəs məskunlaşma mərhələsinə keçid etdi,
Azərbaycan olaraq şəkillənən coğrafiyada məskunlaşmanın bitişi tamamlandı,
Və xəritələrin bizə çəkdiyi kənd və şəhərlərin bu günkü mənzərəsi tam olmasa da, əsaslar olaraq tamamlandı.
Müharibə və fəlakətlər içində daima yer dəyişmələr arasında qalan əhalinin oturaq bir həyat tərzinə keçidi nizamlandı.
Rus əskəri qarnizonlaşdığca əhali özünün güvənliyini qazandı, yenidən bir həyat rahatlığı başladı.
Biz bu gündən dünənə baxdığımızda Əsaslarımızın deyil, Əsaslandığımız yeri nəzərə alıb, baxmaq məcburiyyətindəyik.
Əsaslarımızla əsaslandırıldığlmız ayrı ayrı əsaslardır.
Azərbaycan olaraq formalaşdırılan ərazi bizim əsaslarımızın deyil, əsaslandırılmış coğrafiyanın təzahürüdür.
Bura Rusiyanın İran sərhədidir, 1828 dən sonra biz Rusiyanın sərhədlərini təmsil edirik və bu təmsilin əsaslandırılmış həddində yerimizi üçbucağın bucaqlarından biri kimi müəyyən edib, gələcək həddlərimizi yenidən çəkməyə borclüyüq.
İdris Heydərli, publisist