Türkiyədə Güvənli Məhsul Məlumat Sistemi (GÜBİS) məlumatına görə, Takışık markalı plyuş oyuncaqlar təhlükəsizlik testlərindən keçə bilmədiyi üçün bazardan geri çağırılacaq.
News365.az xəbər verir ki, məhsulun Çin istehsalı olduğu bildirilib və oyuncaqlarda boğulma və müxtəlif yaralanmalara səbəb ola biləcək qüsurlar aşkar edilib. Açıqlamada oyuncağın “boğulma, xaricdən ağciyərlərə doğru olan hava axınının mexaniki şəkildə qarşısının alınması və müxtəlif yaralanmalar” riski daşıdığı qeyd olunub.
İstifadəçilərdən həmin oyuncaqları istifadədən kənarlaşdırmaları və mümkün olduğu halda geri qaytarmaq tövsiyə olunur.

News365.az