Ukrayna-Rusiya münaqişəsində mərhələli ateşkəs modeli vacibdir

Ukrayna-Rusiya münaqişəsində mərhələli ateşkəs modeli vacibdir
17:08

Dünya arenasında münaqişələrin həlli hər zaman mürəkkəb və çoxşaxəlidir. Ukrayna-Rusiya müharibəsi də bu qaydadan istisna deyil. Hər iki tərəfin maraqları, geosiyasi hədəfləri və təhlükəsizlik strategiyaları münaqişənin gedişatını müəyyən edir. Hazırda aparılan müzakirələrdə diqqət mərkəzində məhz müharibənin dayandırılması, təmas xətti boyunca qüvvələrin öz mövqelərində qalması və mərhələli həll yollarının tətbiqi dayanır.

Politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında Ukrayna-Rusiya münaqişəsində mümkün sülh və ateşkəs variantlarını şərh edib.

Onun sözlərinə görə, hazırda əsas məqsəd müharibənin dayandırılmasıdır, lakin bu, ərazilərin Rusiya tərəfindən tanınması ilə bağlı deyil, sadəcə mövcud təmas xətti boyunca qüvvələrin öz yerlərində qalması ilə bağlı ateşkəs şəklində olmalıdır.


Bayramov qeyd edib ki, bu model mərhələli yanaşmanı nəzərdə tutur: ilkin olaraq münaqişə dayandırılır, sonra referendumlar və digər siyasi qərarlar icra olunur, yekun olaraq isə ərazi mübadiləsi və status məsələləri həll edilir. Politoloqun sözlərinə görə, bu yanaşma ABŞ-ın əvvəlki hakimiyyəti, xüsusilə Trump administrasiyası tərəfindən də dəstəklənən oxşar modelə uyğundur.

Bayramov, həmçinin Azərbaycanın Ermənistanla olan münaqişəsində tətbiq olunan mərhələli sülh paketini nümunə gətirərək bildirib ki, hazırkı situasiya Ukrayna tərəfinin maraqlarına cavab verir, lakin Rusiya tərəfinin maraqlarına uyğun deyil. “Putin ilk günlərdən etibarən birbaşa sülh sazişi imzalanmasını mümkün hesab edib, çünki mərhələli ateşkəs Ukraynanın gələcəkdə ərazilərini geri almaq üçün hərbi əməliyyatlar aparma imkanını saxlayır,” – deyə Bayramov əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada