Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld Azərbaycanı Britaniya üçün müdafiə və təhlükəsizlik sahələrində dəyərli tərəfdaş adlandırıb.
News365.az xəbər verir ki, səfir bu barədə özünün "X" hesabında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü barədə fikir bildirərkən yazıb.
"Oktyabrda Britaniyanın hərbi attaşesi ilə müdafiə naziri general-polkovnik Zakir Həsənovla ilk görüşümüz oldu. İndi Britaniyanın müdafiə naziri Vernon Koaker ilə bu təməl üzərində çalışmaq çox xoşdur", səfir qeyd edib.