Noyabrın 28-də Kəlbəcər rayonunun dağlıq hissəsində başlayan, sonra isə Laçın rayonu ərazisinə keçən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.
News365.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb ediliblər.