Bakıda yeraltı keçiddə eskalator QIRILDI: Xəsarət alanlar var

Bakıda yeraltı keçiddə eskalator QIRILDI: Xəsarət alanlar var
04 Dek 2025 23:20

Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb.

News365.az xəbər verir ki, hadisə nəticəsində bir neçə şəxs xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğuya cavab olaraq bildirilib ki, bu gün saat 18 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Müşfiq küçəsi, İncəsənət Gimnaziyası yaxınlığından təcili çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) Kliniki Tibbi Mərkəzə təxliyə olunub", - məlumatda qeyd olunub./Oxu.Az


Sizin reklam burada
Sizin reklam burada