Super Ay hadisəsi müşahidə olunacaq

Super Ay hadisəsi müşahidə olunacaq
04 Dek 2025 23:40

Bu gecə Super Ay hadisəsi müşahidə olunacaq.

News365.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, ay 4 dekabr saat 15:07-də Yerə ən yaxın məsafədə-perigeydə (356961 km) olub. Ay həm də 5 dekabr gecə saat 03:15-də tam Ay fazasında olacaq.

Qeyd olunub ki, ona görə də 2025-ci il dekabr ayının 4-dən 5-ə keçən gecə Super Ay hadisəsi müşahidə olunacaq.

Bu hadisəni Azərbaycan ərazisində bütün gecə müşahidə etmək mümkün olacaq.


Sizin reklam burada
Sizin reklam burada