Modi Putini rəqqaslarla qarşılayıb

Modi Putini rəqqaslarla qarşılayıb
19:00

Hindistana səfər edən Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Modi hindistanlı rəqqasların çıxışını izləyiblər.

News365.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Xüsusi lütf əlaməti olaraq, Rusiya prezidenti onu gözləyən “Aurus” əvəzinə Modinin ağ yolsuzluq avtomobilinə minib”, - deyə məlumatda bildirilir.

Dekabrın 4-də Modi Putini şəxsən qarşılamaq üçün Hindistan Hərbi Hava Qüvvələrinin Palamdakı bazasına kortejlə gəlib. Bundan əvvəl Hindistan hökuməti bəyan etmişdi ki, baş nazirin Rusiya lideri ilə görüşə hazır olması nadir jestdir.

Putinin Hindistana rəsmi səfəri dekabrın 4-5-nə planlaşdırılıb. Dövlət başçısının Hindistan prezidenti Droupadi Murmu və Narendra Modi ilə görüşü nəzərdə tutulub. Tərəflərin bir sıra idarələrarası və kommersiya sənədlərinin imzalanması gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada