Zelenski: Ukraynanın əsas təhlükəsizlik zəmanəti güclü ordudur

Zelenski: Ukraynanın əsas təhlükəsizlik zəmanəti güclü ordudur
18:45

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsinin əsas təhlükəsizlik zəmanəti güclü ordudur.

News365.az xəbər verir ki, bu barədə dövlət başçısı Parisdə keçirilən "Arzuedənlər koalisiyası"nın iclasının yekunları ilə bağlı "Telegram"da yazıb.

Onun sözlərinə görə, görüş iştirakçıları hər bir ölkənin quruda, dənizdə, havada və kiberməkanda təhlükəsizliyin təmin edilməsinə töhfə vermək hazırlığını ətraflı müzakirə ediblər. Mövqelər əlaqələndirilib və gələcək təhlükəsizlik zəmanətlərinin əsas komponentləri nəzərdən keçirilib.

V.Zelenski həmçinin qeyd edib ki, koalisiyanın bütün iştirakçıları başa düşür ki, Rusiya danışıqlar prosesini uzatmağa və müharibəni davam etdirməyə çalışır, buna görə də Ukraynaya dəstəyi gücləndirmək və Moskvaya təzyiqi artırmaq lazımdır.

O əlavə edib ki, hazırda Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketi, eləcə də Yaponiya yeni məhdudlaşdırıcı tədbirlər hazırlayır.



Sizin reklam burada
Sizin reklam burada