Ukrayna lideri Volodimir Zelenski dünya mediasının gündəmindən düşmür. “Financial Times” yazır ki, tammiqyaslı işğalın başlanmasından üç il sonra Ukrayna prezidenti Volodimir Zelenski ən böyük qorxusu ilə – ABŞ-nin dəstəyi olmadan müharibə aparmaq ilə üzləşir.
"O, çətin siyasi "döyüş"lə üz-üzədir. İndi məqsəd artıq dünyanı necə şərə qarşı ruhlandırmaq deyil, onu Ukraynanın tərəfində saxlamaqdır... Hazırda ölkənin gələcəyinin nazik ipdən asılı olduğu bir vaxtda bir zamanlar aktyor olmuş prezident özünü başqa cür çətin bir tamaşada tapmış oldu. Bu, dirilən Trampın onun üçün ssenarini yenidən yazdığı bi tamaşadır", - nəşr yazıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural