Zaxarova ABŞ-dəkı yeni səfir haqqında: "Əlaqələri bərpa etməlidir"

Zaxarova ABŞ-dəkı yeni səfir haqqında: "Əlaqələri bərpa etməlidir"
27 Mar 2025 09:10

Rusiyanın ABŞ-dəkı yeni səfiri Aleksandr Darçiyevə Moskva ilə ABŞ arasında təmasları və əlaqələri yeniləmək tapşırılacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yerli mediaya açıqlamasında bildirib.


"Əlaqələri də yeniləmək lazımdır",- o deyib.


Rusiyanın ABŞ-dəkı yeni səfiri Aleksandr Darçiyevin etimadnaməsinin surətini cümə axşamı, martın 27-də Dövlət Departamentində təqdim etməsi planlaşdırılır. Dünən Darçiyevin ABŞ-yə gəlməsi barədə xəbər yayılmışdı.

Darçiyev bu vəzifəyə bu ilin martında Rusiya prezidenti Vladimir Putin tərəfindən təyin edilib. Ona qədər Rusiya diplomatik missiyasına 2017-2024-cü illərdə Anatoli Antonov rəhbərlik edib.2024-cü ilin yayında o, Rusiyaya qayıdıb. Oktyabrın 10-da Putin diplomatı səfir vəzifəsindən rəsmən azad edib.



Tural


Sizin reklam burada
Sizin reklam burada