Zaqatalada fərdi ev yandı - FOTO

Zaqatalada fərdi ev yandı - FOTO
13 Apr 2025 10:56

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Səhər saatlarında Zaqatala şəhəri Azərbaycan prospektində Aysel Cəbrayıl qızı Rəhimova məxsus, ümumi sahəsi 60 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
 

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.


Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin mətbəxində 2 p.m mətbəxt mebeli yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (APA)



Sizin reklam burada
Sizin reklam burada