Zabratdakı küçənin adı əslində nədir? – İcra Hakimiyyətindən RƏSMİ MƏLUMAT

Zabratdakı küçənin adı əslində nədir? – İcra Hakimiyyətindən RƏSMİ MƏLUMAT
24 İyl 2026 23:05

Sabunçu rayonunun Zabrat qəsəbəsində küçələrdən birinin “Oktyabr” adlanması müzakirələrə səbəb olub. “Oktyabr” sözünün Sosialist İnqilabı ilə (Oktyabr İnqilabı) bağlı olması müzakirələrin əsas predmetinə çevrilib.


News365.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Zabrat qəsəbəsindəki Oktyabr küçəsinin “Böyük Oktyabr Sosialist İnqilabı”na heç bir aidiyyəti olmadığı bildirilib.

Qeyd edilib ki, küçənin adı “Oktyabr” deyil, “18 Oktyabr”dır və bu da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu günlə (18 oktyabr 1991-ci il) bağlıdır.

“Bəzi xəbərlərdə küçənin “18 Oktyabr” əvəzinə “Oktyabr” kimi göstərilməsi sadəcə yanlışlıqdır”, - məlumatda vurğulanıb.///Axar.az

Sizin reklam burada
Sizin reklam burada