Azərbaycanda qızlar bu sahədə oğlanları qabaqladı

Azərbaycanda qızlar bu sahədə oğlanları qabaqladı
12:23

"Azərbaycanda qızlar oxu savadlığında oğlanları 36 bal qabaqlayıb".

News365.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda təbiət elmləri üzrə qızlar 416, oğlanlar isə 402 bal toplayıb. Bu istiqamətdə qızların üstünlüyü 13,6 bal təşkil edib.

Oxu savadlığında isə qızlar 392, oğlanlar 356 bal göstərib. Beləliklə, qızların üstünlüyü 36,1 bal olub.

Riyazi savadlıq üzrə göstəricilərdə isə nəticələr demək olar ki, eyni olub. Qızlar 423, oğlanlar 422 bal toplayıb.

Emin Əmrullayev qeyd edib ki, cinslərarası ən böyük fərq qızların xeyrinə oxu savadlığında qeydə alınıb.

Nazir vurğulayıb ki, qızların oxu nəticələri baza səviyyəsindən aşağıdır və bu istiqamətə xüsusi diqqətin artırılması zəruridir.


Sizin reklam burada
Sizin reklam burada