Dəniz səviyyəsinin yüksəlməsi milyonlarla insanı və ada dövlətlərini yəhlükəyə atır.
News365.az xəbər verir ki, qlobal istiləşmə səbəbindən dəniz səviyyəsinin qalxma sürəti ildə 3,6 mm-ə çatıb. Proqnoza görə, 2100-cü ilə qədər suyun 40–63 sm artması 250 milyon insana birbaşa təsir edəcək. Maldiv, Kiribati və Solomon adaları tamamilə su altında qalma riski ilə üz-üzədir.
Çin, Banqladeş və Hindistanda on milyonlarla sahil sakini təhlükədədir. Hər il 5–10 sm batan İndoneziya paytaxtı Cakarta 2050-ci ilə qədər batacağı üçün paytaxt Nusantaraya köçürülür. Ekspertlər Niderland nümunəsində olduğu kimi, güclü müdafiə infrastrukturu ilə riski azaltmağın mümkün olduğunu bildirirlər.