Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yollarda görünüş məsafəsi məhdudlaşacaq
08 Okt 2025 14:32

Oktyabrın 8-i gecə və səhər bəzi yerlərdə dumanlı hava şəraiti müşahidə olunacaq.

Bu barədə News365.az-a Milli Hirometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada