Alimlər Sibirdə əvvəllər məlum olmayan nəhəng heyvan növünü aşkarlayıb

Alimlər Sibirdə əvvəllər məlum olmayan nəhəng heyvan növünü aşkarlayıb
19:20

Sibirin cənubunda aparılan genetik araşdırmalar nəticəsində əvvəllər elmə məlum olmayan nəsli kəsilmiş iribuynuzlu heyvan növü müəyyən edilib.

News365.az xəbər verir ki, Stockholm Universitetinin alimləri Denisova mağarası və Sibirin digər ərazilərindən tapılan sümük qalıqlarının qədim DNT-sini araşdırıblar. Təxminən 200 min ili əhatə edən 20 qədim genomun təhlili nəticəsində yeni növün müasir yaklarla qohum olduğu, lakin onlardan fərqli təkamül xətti üzrə inkişaf etdiyi müəyyənləşdirilib. 

Maraqlısı odur ki, alimlər yeni növü böyük və tam skelet əsasında deyil, əvvəlcə hansı heyvana aid olduğu müəyyən edilməyən kiçik sümük parçalarından müəyyən ediblər.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf Buz dövründə Sibirdə yaşamış heyvanların müxtəlifliyi və onların müasir iribuynuzlu heyvanlarla əlaqəsi barədə yeni məlumatlar verir.



Sizin reklam burada
Sizin reklam burada