Bu gün sirlərlə zəngin Suraxanı atəşgahında oldum. Düzdü, əvvəlki kimi görkəm qalmasa da burada maraqlı və hələ də keçmişin izini özündə daşıyan daşlar qalıblar.
Təqdim etdiyim rəsmə baxın. Bunun izahını bəzi tədqiqatçılar belə verirlər ki, bu qədimdə Şirlərlə savaşan Pəhlivan obrazıdır və Şir-avjəndir. Digərləti isə hesab edirlər ki, bu İnsan formalı bürclərdən birini izah edir. Şərq miniatürlərində və daşişləmə sənətində bürclər çox vaxt insan şəklində, ətrafında isə o bürcün təsirini göstərən quyruqlu, əjdahavari heyvanlarla təsvir olunurdu
Əlbtədə, hər biri özündə haqlıdır. Çünki Azərbaycan mifologiyası o qədər zəngindir ki, hər bir daşın üzərində olan rəsmi əsrlərin müxtəlif dövlərlərinə aid düşüncəyə uyğunlaşma etmək olar.
Əgər Şirvanşahlar dövrünə getsək bu bürcü təsəvvür edir, ondan bir az öncəyə getsən Şirlə savaşan Pəhlivan kimi görə bilərik. Çox izahları var. Lakin mənim araşdırma versiyama görə bu rəsm daha qədim dövrə, Türk inanc sisteminə aiddir və zamanla hər dövrdə müxtəlif mənalar alıb.
Daşın üzərindəki insanın oturuş formasına və əllərini yuxarı qaldırmasına diqqət etsək, bu, qədim şamanizm elementlərinə daha çox bənzəyir
Qədim Türk inanc sisteminə görə insanlar İnsanlar Tenqri xana itaətlərini həm də damğalar ilə ifadə edir, onun rəmzlərini hər bir formada təsvir etməyə cəhd edirdilər.
Zaman keçdikdə İslam dininə keçən Türklər öz inanc sistemini qoruyub saxlamaq üçün bu cürə formalarda daş üzərində rəsmlər yaratmağa başlayırlar.
İnsanlar düşünürdü ki, Tanrı Öz isimlərini və sirlərini tam şəkildə yalnız onlarda təcəlli etdirib və buna görə də mükəmməl varlıq olan İnsan özünü dərk etdikdə, əslində bütün kainatı və Yaradanı da anlayacaq.
İslam memarlığında canlı insan rəsmləri çəkmək qəbul edilmədiyindən, sənətkarlar Tanrının və onun yer üzündə sözçüsü olan xaqan, hökmdar yaxud şahın üzünü bilərəkdən ümumiləşdirilmiş, mifik varlıq kimi göstərməyə çalışıblar..
Qısa olaraq yazım ki, Türklərin inanc sistemində olan "Kainatın mərkəzindəki insan", İslam inanc sistemində "İnsani-Kamil"-ə çevrilib.
Bir çox şəxslər bu fəlsəfəni anlayaraq bizə mesajlar göndəriblər. Məsəl üçün ,Leonardo da Vinçinin məşhur "Vitrüvi insanı" əsəri və yaxud dahi Nəsiminin "məndə sığar ikən, iki cahan" sözləri..
İndi isə daş üzərində rəsmə təkrar baxaq. Bardaş qurub əllərini səmaya qaldıran insan obrazına diqqət verək və görəcik ki, bu cür oturuş, yəni bardaş forması təsadüfi deyil. Bu, sabitliyin, daxili dincliyin və meditasiyanın simvoludur. İnsan burada hərəkətdə olan xaosun daxilində deyil, kainatın tam mərkəzində, dəyişməz nöqtədə əyləşib.
Daşın tam formasında İnsanın başı üzərində zodiak formasında mifik varlıqlar və heyvanlar rəsmi olmalı idi ki, kompozisiya tam olsun.
İnsan bu kompozisiyanın tam ortasında yerləşməklə göstərir ki, zaman və kosmos onun ətrafında fırlanır. Yəni, insan böyük kainatın mərkəzindədir. Bizdən öncə olan babalarımız çox mükəmməl düşüncə sahibləri olublar. Onlardan bizə miras qalan hər bir daşdan tutmuş işarəyə qədər hamısı dərin fəlsəfi bilikləri özündə ehtiva edir...
Zaur Əliyev, tarixçi