Nazirlər Kabinetində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclası keçirilir.
News365.az xəbər verir ki, iclasda ölkədə növbəti əhalinin siyahıyaalınmasına hazırlıq məsələləri, görüləcək təşkilati tədbirlər, aidiyyəti dövlət qurumlarının üzərinə düşən vəzifələr müzakirə olunur.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edir.
Baş nazir görüləcək işlərlə bağlı iclas iştirakçılarına məlumat verəcək.