Türkiyənin Əskişəhər vilayətində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
News365.az-ın Yerli KİV-ə istinadən məlumatına görə, hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı xəndəyə aşıb.
İlkin məlumata əsasən, qəza nəticəsində azı 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən ətraf xəstəxanalara yerləşdiriliblər.
Qəzanın baş verdiyi əraziyə polis, jandarma, yanğınsöndürmə və xilasedici qruplar göndərilib. Hadisənin başvermə səbəbləri araşdırılır.
News365.az