Dənizlər fatehi Barbarosun bayrağı- FOTO

Dənizlər fatehi Barbarosun bayrağı- FOTO
09:33

Trafalqar döyüşünün qəhrəmanı, ingilis donanmasının əfsanəvi admiralı Horatio Nelson deyirdi:

"Əgər Barbaros sağ olsaydı, dənizçiliyin sirlərini ondan öyrənmək üçün onun gəmisində köməkçisi olmağa belə razı olardım."

Osmanlı imperiyası Dəniz Donanmasının əfsanəvi baş komandanı, Avropada Barbaros adı ilə məşhur olan Xeyrəddin Paşa İslam tarixində Əlcəzairdə məscidləri ağır top atəşində saxlayan İspan artilleriya başçısını tutaraq, topa qoymuş və üzü dənizə tərəf atdığı üçün məhşurdur.

Əsl adı Xızır olan bu dənizçiyə, Osmanlı dövlətinə göstərdiyi böyük xidmətlərə görə Sultan Süleyman Qanuni tərəfindən "dinin xeyirlisi" mənasını verən "Xeyrəddin" adı verilmişdir.

İtalyanca "Barba Rossa" , Qırmızı Saqqal deməkdir. Bu ləqəb ilk olaraq onun böyük qardaşı, məşhur dənizçi Oruc Rəisə qırmızı saqqalına görə avropalılar tərəfindən verilmişdi. Oruc Rəis şəhid olduqdan sonra bu ad Xızır Rəisə keçmiş və qərb qaynaqlarında o, Barbarossa olaraq tanınmışdır.

O, təkcə böyük sərkərdə deyil, həm də çox savadlı bir insan idi. Ömrü dənizlərdə keçdiyindən latın, ərəb, ispan, italyan və fransız dillərini mükəmməl bilirdi. Ömrünün son illərində Sultanın xahişi ilə öz xatirələrini diqtə edərək yazdırdığı "Qəzavat-ı Xeyrəddin Paşa" adlı tarixi əsəri qoyub getmişdir.

Uzun illər Avropanı qorxu altında saxlayan Barbarosun gəmilərində dalğlanan bayrağı Sizlərə təqdim edirəm. İstanbul Beşiktaş Dənizçilik Muzeyində qorunan bu bayrağı yüz yerə yozublar. Gah massonluq, gah dərin dövlət, gah da başqa rəvayətlər yaradırlar. Lakin əsl həqiqətlər nədir:

1) Magen David: Yəhudi alimləri bu ulduzun Süleyman Peyğəmbər zamanına aid olmasını iddia etməsinə baxmayaraq, Ulduzun rəsmən yəhudi simvolikası seçilməsi yalnız 1354-ci ildə qeydə alınıb. Müqəddəs Roma imperiyasının imperatoru IV Karl "çar David bayrağı" adı olan bayrağın Praqanın yəhudilərə müstəqil qaldırmağa imkan verəndən sonra bu Ulduz yəhudilərin simvolu seçilib.

Türk svastikasını araşdıran alimlər qeyd edirlər ki, qədim türklər, Tenqri şərəfinə tanınan insanları 6-güşəli sərdabə formasında dəfn edirdilər və ora daxil olmaq qadağan idi. Atillanın, Çingiz xanın, Batı xanın da məzarları məhz bu formada qurulub. Bu işarəni türklər belə iazah edirlər-ALLAH, 4 ünsür, hava-od-su-hava və İNSAN

Təpə nöqtəsi yuxarı istiqamətlənmiş üçbucaq alovu və havanı, təpə nöqtəsi aşağı istiqamətlənmiş üçbucaq isə suyu və torpağın təsvir edir.

Səlcuqlular, Artukoğulları və Elxanilərin memarlıq əsərlərində, xüsusilə də qübbələrin kilid daşlarında bu rəmzə tez-tez rast gəlinir. Dənizçilər arasında isə küləyə hökm edə bilmək mifik gücü olması inancı olduğu üçün Xeyrəddin Paşa da bunu bayrağı üzərində verib. Yəni bunun massonlara, yəhudilərə və digərlərinə aidi yoxdur.

2) Bayrağın üst hissəsində Quranı-Kərimin 48-ci surəsi olan, 29 ayədən ibarət "Fəth" surəsinin ilk 4 ayəsi yazılmışdır. Xüsusilə bu söz diqqəti çəkir:

"Allahdan bir kömək və yaxın bir fəth (qələbə) vardır. (Ya Peyğəmbər!) Möminlərə müjdə ver!"

3) Bayraqda mərkəzdə Türk dənizçilərinin də geniş istifadə olunan, Həzrəti Əlinin ikihaçalı qılıncı Zülfüqardır. Barbaros bu simvolla vurğulayırdı ki, onun dənizlərdəki savaşı ədaləti bərqərar etmək üçündür.

4) Qılıncın dörd tərəfində, hilalların içində dörd böyük xəlifənin — Həzrəti Əbu Bəkr, Həzrəti Ömər, Həzrəti Osman və Həzrəti Əlinin adları yazılmışdır. Dənizdə dörd tərəfdən gələ biləcək təhlükələrə qarşı İslamın dörd böyük sütununun qoruyuculuğunu simvolizə edir.

5) Sancaqdakı ağ əl təsviri “Pənceyi-Ali-Əba”dır. Yəni Məhəmməd (s), qızı Həzrəti Fatimə, kürəkəni Həzrəti Əli və nəvələri Həzrəti Həsən ilə Həzrəti Hüseyn daxil olmaqla 5 müqəddəs şəxsiyyəti ifadə edir. Bu rəmz həmçinin Yeniçərilərin döyüş bayraqlarında da mövcud olmuşdur.

Göründüyü kimi, Barbaros Xeyrəddin Paşanın Sancağında heç bir yəhudi və ya xristian motivi, yaxud mənası yoxdur. Bu Türk-İslam inancına aid simvollardır.

Bir mətn şəkili ola bilər

Zaur Əliyev, tarixçi


Sizin reklam burada
Sizin reklam burada