Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş başlayıb

Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş başlayıb
13:23

Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

 News365.az xəbər verir ki, əvvəl nazirlər təkbətək formatda görüşüblər.

Daha sonra nazirlər ikitərəfli, nümayəndə həyətləri ilə birgə danışıqlar aparacaqlar.

Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və gündəmdə duran aktual məsələlərinin müzakirə olunacağı planlaşdırılıb.

Nazirlərin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.



Sizin reklam burada
Sizin reklam burada