Son zamanlar zərərli geyimlərlə bağlı
aşkarlanan faktların sayı durmadan artır. İstifadə edilərkən insan sağlamlığında ciddi fəsadlar törədən geyimlərin çox təəssüf ki, coğrafiyası durmadan genişlənir.
Ən pisi də odur ki, bu işlə tanınmış və böyük şirkətlər məşğul olur.
News365.az-a bununla bağlı çox maraqlı fakt təqdim edilib. Fakt Azad İstehlakçılar İctimai Birliyi tərəfindən
təqdim edilib.
Məlumatda deyilir:
“Azur” Ticarət Mərkəzinin sahibləri ilə “FB
COMPANY” MMC-nin direktoru Qəribov Anar Əli oğlu və fərdi sahibkar Əliyev Ağa
Ələmdar oğlu arasında mövcud olan qarşıdurma artıq insanların həyat və
sağlamlığına ciddi təhlükə yaradacaq mərhələyə qədəm qoyub. Bir milyon manatdan
çox zərərin əvəzini qarşılamaq üçün
sahibkarlar insan orqanizmi üçün
son dərəcə zərərli maddələrlə zəhərlənmiş
paltarı anbardan çıxarıb satmaq qərarına
gəliblər.
“Azur”un rəhbəri olan Fuad Rzayev və Babək Babayev (“Yeni Həyat” şirkətlər
qrupunun rəhbəri) ilə Anar Qəribov və Ağa Əliyev arasında mübahisə 2020-ci ildə
başlayıb. O zaman ticarət mərkəzinin rəhbərliyi aralarında
bağlanan müqavilənin şərtlərini pozaraq
sahibkarlara məxsus 20 min ədəddən artıq paltarı, o cümlədən uşaq geyimlərini
“Azur”da icarəyə götürdükləri mağazadan icazəsiz şəkildə çıxararaq, “Grand Hayat” Yaşayış
Kompleksinin zirzəmisinə aparılması barədə göstəriş veriblər. “Azad İstehlaçılar”İB-yi
tərəfindən əldə olunan materiallar göstərir ki, mağazadan çıxarılan mallar uzun
müddət rütubətli, baxımsız şəraitdə, müvafiq qulluq göstərilmədən
saxlanıldığından xarab olub, kiflənib, çürüyüb, üzəri müxtəlif qurd və həşəratların
təsirinə (parazit, helment yumurta izi) məruz qalıb. Qeyd edək ki,
08.04.2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanov da satış üçün nəzərdə tutulan
geyim əşyaların yararsız, avadanlıqlarda isə qüsurların olmasına dair 9-8081
nömrəli 07 fevral 2022-ci il tarixli rəsmi
ekspert rəyini təqdim etməklə bildirib.
Amma “Azur” rəhbərləri başladığı işi sona çatdırmaq və
sahibkarlara vurduqları ziyanı ödəməkdən yayınmaq üçün paltar və avadanlıqları
“təmizləmək” qərarına gəliblər. Bunun üçün isə insan orqanizminə son dərəcə təhlükəli
olması səbəbindən 2004-cü ildə beynəlxalq
razılaşma əsasında dünyanın 7 ölkəsi istisna olunmaqla(Mozanbik
Zimbve,daha 5 ölkə) istifadəsinə qadağa qoyulan DDT (DUST) preparatından
istifadə edilib. Təhlükəli maddədən (DDT) istifadə edildiyini Bakı Apellyasiya
Məhkəməsinin qərarı əsasında cəlb edilmiş “Az-Ekspertiza” MMC -nin götürdüyü
nümunələri təqdim etdiyi Azərbaycan Akkreditasiya Mərkəzində akkreditasiya olunmuş
“Chemlab” laboratoriyası 01.06.2023-cü il tarixdə 0613 saylı sınaq protokolu ilə təsdiq edib”.
Məlumatda daha sonra qeyd edilir:
“Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin
digər eksperti Kamran Dünyamalıyev növbəti ekspertiza rəyində, nədənsə növbəti
məhkəmə baxışında, öz kollegiyası Elvin Qəhramanovun öncə verdiyi ekspert rəyini təksib edərək, həmin
mallarının 85%-nin satışa yararlı olması dair 8.08.2023-cü il tarixli 9/2015 saylı ekspert rəyi verib. Məhkəmə Ekspertiza Mərkəzinin iki
ekspertinin bir birinə zidd olan iki rəsmi sənədi təcüb və sual dogurur!?
Nəticədə, Bakı Apellyasiya Məhkəməsi laboratoriyanın
sınaq protokolunun nəticəsini sübut kimi qəbul etməyib və kanserogen tərkibli
geyimlərin (o cümlədən uşaq geyimləri) ) 85%-nin satışa yararlı olması barədə
14.09.2023-cü il tarixində 2-2(103)-141/2023
saylı qətnamə çıxarıb. Sonradan 01.03.2024-cü il tarixində
2-2(102)-44/2024 saylı qərarı ilə Ali Məhkəmənin Kommersiya Kollegiyası da həmin
qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb.
“FB COMPANY”MMC-nin AİİB-in tələbi əsasında təqdim
etdiyi məlumatda qeyd olunur ki, paltarların istifadə üçün tam yararsız
olduğunu sübut edən və məhkəmə iclası zamanı məhkəmə zalında
quraşdırılmış nəzarət kamerası altında təqdim edilən yüzlərlə foto və
videomaterial (692 sayda fotoşəkil və 2 ədəd elektron daşıyıcı flaşkart) məhkəmə
işinin materialları arasından yoxa çıxıb! AİİB-ə təqdim olunan məlumata görə, bu foto və videomateriallarda paltarların sonradan
sağlamlıq üçün son dərəcə təhlükəli olan kimyəvi maddələrlə” təmizlənməklə”
onların kif bağlaması, üzərində qurdların olması faktları olub. Əks olunan
faktların izinin itirilməsinə yönəlmiş hərəkətlər bu əməllərin qəsdən törədildiyinə
dəlalət edir.Bu faktların yox olması kimin marağındadır?!
Verilən məlumatda qeyd olunur ki,bu işdə
yeni fiqurant ortaya çıxıb. Məlum olub ki, zəhərli maddələrlə “təmizlənmiş”
paltar və avadanlıqların saxlanıldığı anbar bir xanımın adına sənədləşdirilib.
Qəribov və Ağayev yeni sahibkar haqqında indi xəbər tutublar. Xanım
sahibkar paltar və avadanlıqların 4 il ərzində
onun anbarında saxlanmasına etiraz etməyib, hüquqları ilə bağlı iddia
qaldırmayıb. Amma indi o sahibkarların
malları tez bir zamanda anbardan çıxarılması və daşınma xərclərinin “FB
COMPANY” MMC tərəfindən ödənilməsi ilə bağlı Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə
müraciət edib. Yəqin ki, dəymiş zərəri
kompensasiya etmək üçün təhlükəli malların sahibi bu geyimləri bazara çıxarıb
istehlakçılara satacaqlar.
Bu malların bazara çıxarılmasının qarşısını almaq üçün AİİB mediyaya müraciyət etməklə bərabər, İqtisad Nazirliyyi yanında Antiintisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Daxili İşlər Nazirliyinə,Respublika Prokurorluğuna,Səhiyyə Nazirliyinə rəsmi müraciyətlər göndərib”.
News365.az