Şou əhli özlərini
təkcə musiqili meydanda yox, ictimai yerlərdə də “göstərirlər”. Məsələn, bu
günlərdə ifaçı Sevinc Ağaşirinova sosial şəbəkə hesabında qəribə paylaşım edib.
O avtomobil idarə edərkən canlı bağlantı quraraq sükan arxasında rəqs edib. Üstəlik,
bu zaman təhlükəsizlik kəmərindən istifadə etməyib.
Bəs, bu
qayda pozuntusuna görə ifaçını hansı cəza gözləyir?
Suala Bakı Şəhər
Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Toğrul Nəsirli aydınlıq gətirib. News365.az–a açıqlamasında o bildirib ki, təhlükəsizlik kəmərindən
istifadə etmədən sükan arxasında əyləşən sürücülər İXM-nin 329.1 maddəsinə əsasən
40 manat məbləğində cərimələnirlər:
“Araşdırmalar göstərir ki, yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biri də sürücünün sükan arxasında olarkən və nəqliyyat hərəkətdə olarkən telefondan istifadə etməsidir. Belə hallarda təbii ki. Diqqət yayınır və yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaranır. Bəzi sürücülər telefonla danışmaqla yanaşı bəzi sürücülər sosial şəbəkə hesablarında canlı bağlantı edərək özlərinin, daşıdıqları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altına atırlar. Əlbəttə ki, bu yolverilməzdir və öz növbəsində bu inzibati məsuliyyət yaradır. Belə sürücüləraşkar edildikləri halda barələrində İXM-nin 342.6-cı maddəsinə əsasən 50 manat məbləğində cərimə nəzərdə tutulub. Odur ki, sürücülərdən xahişimiz və tələbimiz odur ki, nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə etməsinlər”.
News365.az