“Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata
çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial
yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan
vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım
proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən
artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox
ailə ünvanlı sosial yardıma müraciət edə biləcək”.
News365.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, əgər ailənin 5 üzvü var və həmin
ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər
X 270 manat) ehtiyac meyari, yəni xərc hesablanır:
“Bu zaman
ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat- 900 manat)
olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o
proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn
ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1425 manata
yüksəlir (5 nəfər X 285 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi
halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat- 900 manat)
olur.
Digər tərəfdən,
2025-ci ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış
minimumdan istifadə olunması daha məqsədəuyğun olardı. Bu zaman ünvanlı sosial
yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur”.
News365.az