İçməli sudakı naməlum maddə haradan yaranıb? -40 illik sirr çözüldü

İçməli sudakı naməlum maddə haradan yaranıb? -40 illik sirr çözüldü
10:35

Tədqiqatçılar onilliklər ərzində yüz milyondan çox amerikalının içdiyi kran suyunun tərkibində əvvəllər müəmmalı qalmış kimyəvi maddənin nə olmasını müəyyənləşdirə biliblər. Bu barədə CNN məlumat yayıb.

Qeyd edilib ki, maddə təxminən 40 il əvvəl su təchizatında aşkar edilib, lakin analitik metodların təkmilləşdirilməsi sayəsində onun nə olmasını yalnız indi müəyyənləşdirmək mümkün olub: "Bu maddə su xloraminlə təmizləndikdə əmələ gəlir, xlor və ammonyak qarışdıqda yaranır. Xloramin tez-tez bələdiyyə su təmizləmə sistemlərində virus və bakteriyaları öldürmək üçün istifadə olunur".

Məlum olub ki, sirli maddə xloronitroamid anionudur. Onun insan sağlamlığı üçün təhlükəli olub-olmadığı hələlik məlum deyil. Hazırda maddənin toksikliyi də müəyyənləşməyib. Anionların içməli suya potensial təsirini anlamaq üçün daha çox araşdırma tələb olunacaq.

Alimlər qeyd edirlər ki, maddə təkcə ABŞ-də 113 milyondan çox insana xidmət edən xlorlu su ehtiyatlarında aşkar edilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər