Aİ-95-in qiyməti bundan sonra dövlət tərəfindən tənzimlənəcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bəs, bu addım qiymət enişinə səbəb ola bilərmi?
Sualı News365.az-a cavablandıran İqtisadçı Xalid Kərimli bildirib ki, qiymət tənzimlənməsi qrumun dəyişməsi ilə bağlı deyil:
"Qiymət tənzimlənməsinin Tarif Şurasına keçməsi, qiymətlərin enməsi üçün əsas deyil. Tarif Şurası yaxşı qurumdu, SOCAR-ın rəhbərliyi pis qurumdu belə bir məsələ deyil. Çünki SOCAR-ın özü də Azərbaycan İnvestisiya Holdinqinə tabedir. Azərbaycan İnvestisiya Holdinqinin də rəhbərliyi İqtisadiyyət Nazirliyindən ibarətdir. Tarif Şurasının rəhbərliyi İqtisadiyyat nazirinin müavinidir. Ona görə də burda hər hansı bir qiymət enişi sırf qrumların dəyişməsinə görə gözlənilmir. Qiymət endirmək istəsəydilər elə SOCAR-ın nəzarətində olanda da bunu edə bilərdilər. Aİ-95-i yerli müəssisə istehsal edir. Bunun təsirləri ola bilər. Yerli istehsalın maya dəyəri bir qədər aşağı olacaq. Əvvəl xaricdən alırdılar, Amma bundan sonra daha logistika xərcləri olmayacaq. İndi benzin də, neft də burda istehsal ediləcək. Bunun təsirlərini də iyul ayında qiyməti endirəndə bildirdilər ki, "nəzərə almışıq".
Xatırlayırsınlzsa qiymət 2 manat idi. 1,60 qəpiyə endirdilər. Bu zaman Tarif Şurasının yox, SOCAR-ın nəzarətində idi. Qurum dəyişməsi, qiymət dəyişməsi üçün əsasa deyil".
News365.az