Rusiyanın qitələrarası ballistik raketinə görə Təhlükəsizlik Şurası çağırılacaq

Rusiyanın qitələrarası ballistik raketinə görə Təhlükəsizlik Şurası çağırılacaq
10:10

Estoniya Rusiyanın “Oreşnik” raketinin Ukraynadakı “Yujmaş” hərbi zavodunu vurmasından üç gün sonra Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını çağıracaq. Bu barədə yerli Postimees portalı məlumat yayıb.

“Prezident Alar Karis bazar ertəsi -noyabrın 25-də Ukrayna və Avropadakı təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün Milli Müdafiə Şurasını çağırıb”, - nəşr yazıb.  Qeyd olunub ki, Estoniya Təhlükəsizlik Şurası milli müdafiə baxımından mühüm məsələləri müzakirə edir və onlara münasibət bildirir.

Qeyd edək ki, noyabrın 21-i səhər saatlarında rus qoşunları müxtəlif tipli raketlərlə Dnepr şəhərinə hücum edib. O cümlədən, Rusiya Federasiyasının Həştərxan vilayətindən qitələrarası ballistik raket buraxılıb. Ukrayna mediası qitələrarası ballistik raketin düşmə anını əks etdirən görüntüləri yayıb. Rusiya ordusu ilk dəfə olaraq yeni orta mənzilli “Oreşnik” raketindən istifadə etməsini bəyan edib və bu, beynəlxalq aləmdə rezonans doğurub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural



Youtube kanalımız

Oxşar xəbərlər