Medvedev dünyanın danışdığı dəhşətli raket hücumunu paylaşdı - VİDEO

Medvedev dünyanın danışdığı dəhşətli raket hücumunu paylaşdı - VİDEO
09:50

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin "Oreşnik" ballistik hipersəs raketi ilə Ukraynaya endirdiyi zərbənin videogörüntülərini paylaşıb. O, videonu "X" sosial şəbəkəsindəki ingilisdilli səhifəsində yayıb. 

“Demək bunu istəyirdiniz? Lənət olsun, istədiyinizi də aldınız!” - o videonun altında yazıb.

Medvedevin yaydığı ağ-qara videogörüntülərdə Dneprdəki “Yujmaş” müdafiə zavoduna hücum anı əks olunub.

Qeyd edək ki, noyabrın 21-i səhər saatlarında rus qoşunları müxtəlif tipli raketlərlə Dnepr şəhərinə hücum edib. O cümlədən, Rusiya Federasiyasının Həştərxan vilayətindən qitələrarası ballistik raket buraxılıb. Ukrayna mediası qitələrarası ballistik raketin düşmə anını əks etdirən görüntüləri yayıb. Rusiya ordusu ilk dəfə olaraq yeni orta mənzilli “Oreşnik” raketindən istifadə etməsini bəyan edib və bu, beynəlxalq aləmdə rezonans doğurub.


Tural


Youtube kanalımız

Oxşar xəbərlər