Yanvar-oktyabrın nəticələrinə əsasən, Çin Rusiyadan zənginləşdirilmiş uran alışını 3,2 dəfə artıraraq, 849 milyon dollara çatdırıb. Bu barədə Rusiya mediası Çinin gömrük məlumatlarına istinadən məlumat yayıb.
Üstəlik, ötən ay ümumi idxalın dörddə biri təmin edilib. Belə ki, oktyabr ayında Rusiya Federasiyası Çin bazarına 216 milyon dollar dəyərində uran göndərib.
Rusiya bu il Çin üçün zənginləşdirilmiş uranın əsas tədarükçüsünə çevrilib. Qazaxıstan bu siyahıda ikinci yeri tutur. Bu ölkə on ay ərzində Çinə 68,3 milyon dollar dəyərində uran göndərib.
Lakin Rusiyadan uran alışını artıran təkcə Çin deyil. Cənubi Koreya da fəal şəkildə məhsul idxal edir. Yanvar-oktyabr aylarında bu istiqamətdə tədarük 650 milyon dollar təşkil edib.
Bu arada, 2023-cü ildə Rusiya üçün əsas uran bazarı olan ABŞ, əks mövqedə dayanıb. Vaşinqton ruslardan uran alışını azaldıb. Üç rübün nəticələrinə əsasən, ABŞ 574 milyon dollar dəyərində Rusiya uranı idxal edib ki, bu da ötən illə müqayisədə demək olar ki, 32% azdır.
Tural