COP29-un
başa çatmasına az qalıb. İndi ən gərgin məqamdır. COP29-un təşkilatçısı olaraq
da bu iki gün Azərbaycan üçün, COP29 prezidenti Muxtar Babayevin komandası üçün
ən həlledici məqamdır. Görülən nəhəng işlər, çəkilən əzab-əziyyət, keçirilən
çoxsaylı görüşlər və tədbirlər məhz bu iki gündə öz əsas bəhrəsini verməlidir.
İndi ölkələrlə
iqlim dəyişmələrilə mübarizə üçün nəzərdə tutulan yekun maliyyə sənədinin
razılaşdırılması məqamıdır. Bütün dünya
da maraqla gözləyir ki, COP29-da iqlim böhranının fəsadlarının aradan
qaldrılmasına nə qədər vəsait ayrılacaq ?
Artıq maliyyənin
ayrılması ilə bağlı ilkin razılaşma mətninin də ortada olduğu bildirilir. Güman
etmək olar ki, razılaşmanın mətnini Muxtar Babayevin rəhbərlik etdiyi komanda
hazırlayıb.
İqlim dəyişilmələri
ilə mübarizə üçün təxminən 1 milyard dollar maliyyə ayırılacağı nəzərdə
tutulur. Əgər belə bir maliyyə ayrılması təsdiqlənərsə bu hədsiz böyük uğur
hesab olunardı.
Amma
problemi yaradanların, inkişaf etmiş ölkələrin buna razılıq verəcəkləri hələlik
qeyri-müəyyəndir.Bu gün BMT Baş Katibi Antonio Quterreş də yenidən COP29-da
iştirak üçün ölkəmizə gəlib. Güman ki bu gəliş də COP29-un yekun maliyyə sənədinin
qəbulu ilə bağlıdır.
Osman Gündüz, İKT üzrə eksperti