Türkmənçay müqaviləsinin sirri açıldı- FOTOFAKT

Türkmənçay müqaviləsinin sirri açıldı- FOTOFAKT
09:49
Səfəvi dövlətinin zəifləməsi Xəzər regionunda hərbi-siyasi vəziyyəti gərginləşdirmişdi, bu da Türkiyə və Rusiyanın regionda möhkəmlənmək istəyindən irəli gəlirdi. Qara dənizə çıxışdan məhrum olan Rusiya Xəzər və Xəzəryanı bölgənin üzərində öz hakimiyyətini qurmaq və bütün Avropa-Asiya ticarətini Türk-Aralıq dənizindən Baltika-Volqa-Xəzər yoluna keçirmək arzusunda idi.
Rusiya bu bölgədə möhkəmlənməklə əsas hədəflərindən biri olan Hindistanı da təsir altına almaq niyyətində idi. Rus çarı I Pavel ataman Platova göstəriş vermişdi ki, paraddan birbaşa cənuba, Hindistanı tutmağa yollansınlar. Bu da İngiltərədə çox ciddi narahatlıqla qarşılanmışdı. Hətta İngiltərə Qafqaz, İran və Türkiyədəki maraqlarından əl çəkməyə belə hazır idi ki, Hindistan onun nəzarətindən çıxmasın. Məhz 1813-cü il oktyabrın 12-də Qarabağda Gülüstan müqaviləsinin imzalanması bu qorxudan irəli gəlirdi. Qeyd edim ki, İngiltərə indi İran adlandırdığımız coğrafiyada Qacarlar dövlətilə müxtəlif müqavilələr imzalamışdı ki, bu müharibədə qalib gəlmək üçün İrana kömək etsinlər. Ancaq müharibə elə bir vəziyyətə gəldi ki, onu davam etdirmək İran üçün təhlükə yaradırdı.
Gülüstan müqaviləsinə gəldikdə, qısaca desəm, bu müqavilə ilə Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan torpaqları Rusiyaya ilhaq edilir. (BAX: 3.A. Dirr. “Gülistan”, İslam Ansiklopedisi (MEB), IV, İstanbul: Milli Egitim Basınevi, 1993 s. 834)
O dövrdə Qacarlar dövlətinin II şahənşahı Fətəli şah Qacar müharibə yox, diplomatik münasibətlər yolu ilə Rusiya ilə danışıqlar aparmaq istəyirdisə oğlu Abbas Mirzə müharibə ilə Gülüstan müqaviləsi zamanı itirilən torpaqları geri almaq istəyirdi (Bax: Bournoutian, George From the Kur to the Aras: A Military History of Russia's Move into the South Caucasus and the First Russo-Iranian War, 1801–1813. (2020))
Rusiya Qacar şahı Fətəlinin bütün maraq və zövqlərini öz agentləri vasitəsilə öyrənməyə çalışırdı. Bu işdə isə 1817-ci ildə Fətəli şahın görüşən Qafqazın müsəlman xalqlarının, xüsusilə Azərbaycanın qəddar düşməni olan Yermolov Aleksey Petroviç köməyə gəlir. Məhz o görüş zamanı Şaha Rusiya səfirliyinin hədiyyə etdiyi şüşə və çini qablara onun maraq göstərməsini misal göstərək qeyri adi bu formada hədiyyə edərək onun könlünü almaq təklifi irəli sürür. (Bax: Безотосный В. М. Неизвестная биография А. П. Ермолова // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.. — М.: ТРИТЭ, Российский архив, 1996. — Т. 7. )
Qeyri adi hədiyyə isə BILLUR Çarpayı dəsti hazırlamaq qərarına gəlinir. və onu Sankt-Peterburqdakı İmperator Şüşə Zavodunda hazırlayıblar.
Billur çarpayı əsl sənət əsəri idi. 45 min rubldan çox olmayan qiymətə başa gəlir. 1825-ci ildə Çarpayı tamamilə hazır oldu. Çarpayının özü demək olar ki, 8,5 ton ağırlığında idi. Çarpayı sadəcə gözəl bir qiymətli əşya deyil, istirahət üçün nəzərdə tutulduğundan fəvvarələrə su vermək üçün orada mis borular çəkilmişdir.
Çarpayının altına 7 kiçik fəvvarə qurulmuş idi. Çarpayıya pilləkənlərlə qalxmaq olardı. Çarpayı hazır olan zaman 1826-cı ildə İmperator I Aleksandr öldü.Şah üçün hədiyyə hazır idi, göndərilmədi. Bu barədə Rusiyada nəşr edilən “Daxili qeydlər” jurnalının 1825-ci il, 66-cı sayında məlumat da dərc edilir. ( Xəbərin surəti şəklinə baxın)
Qacarlarla diplomatik əlaqələr hələ də gərgin idi. Taxta çıxan imperator I Nikolay büllur çarpayı da daxil olmaqla bütün diplomatik hədiyyələrin göndərilməsi əmrini verir.
İmperator büllur çarpayıya möhtəşəm tapançalar, dəbdəbəli xəz palto və qırx samur əlavə etməyi əmr etdi. Bundan əlavə, Şüşə Zavodunda “böyük oval nimçə, mürəbbə və meyvə üçün müxtəlif formalı büllur qablar, iki səkkizguşəli, “zəngin oyma stol lövhəsi”; on cütə qədər “müxtəlif formada əla işlənmiş” səbətlər və gül çarpayıları billir qəlyan, şamdanlar, kasa və küplər də hədiyyələrə daxil idi.
48 möhürlənmiş qutudan ibarət yükü leytenant İvan Noskov müşayiət edirdi. Onu bir neçə rus və qutunu yerində yığa bilən bir neçə usta müşayiət edirdi. Noskovun iki əsas missiyası var idi. Qiymətli yükləri çatdırın və keçdikləri ərazilərin xəritəsini tərtib edin. Rus-Qacar müharibəsi başlasa, bu məlumat əhəmiyyətli kömək ola bilərdi. Noskov 48 qutunu müşayiət edirdi.(Bax: Алексеев М.Н. Военная разведка в Российской империи - от Александра I до Александра II. М. Изд-во Вече, 2010)
Əvvəlcə 4 aya yaxın arabalar ilə Həştərxana, ordan da gəmi ilə Gilana gəlirlər. (Bax: Посольство поручика Носкова в Персию с хрустальной кроватью // Исторический вестник. Ноябрь 1887 г., т. ХХХ.)
Qacar şahənşahını təkcə möhtəşəm hədiyyə deyil, həm də Noskovun diplomatik bacarıqları heyran etdi. Cavab olaraq nəvəsinin başçılıq etdiyi missiya və çoxlu bahalı hədiyyələr göndərdi. Noskov bir müddət Qarabağda, sonra İrəvanda qaldı və buranın xəritələrini çəkdi. (Bax: Носков И. Заметка о Персии в отношении политическом и военном (составлена (Генерального штаба полковником Носковым, в 1827 году). // Военный сборник. N 6. 1860.)
Bu hədiyyələrdən çox razı qalan Fətəli şah Rusiya ilə razılığa gedir və 1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişinin sonuncu iclası keçirildi. Fevral ayının 10-da "İsanın anadan olmasının 1828-ci ilində" gecə münəccimin təyin etdiyi vaxtda, saat 12:00-da barışıq paktı imzalandı. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzaladılar. Elə həmin an müqavilənin bağlanması münasibətilə rus toplarından 101 yaylım atəşi açıldı. (Bax: Второе полн. собр. законов, т. III, № 1794, СПб, 1830; Акты,относящиеся до заключения мира с Персией. Изд. Лазаревского ин-та, Спб, 1828)
Müqavilənin əsas müddəaları Peterburqda hazırlanmışdı. Onun hazırlanmasında Qafqaz ordularının komandanı olmuş Yermolov və Paskeviçin yazışmaları, hesabatları və sənədləri mühüm rol oynamışdır. İlk olaraq 1826-cı ildə ilk müddəalar yazılmış, daha sonra Cəlaloğlu lagerində 24 may 1827-ci ildə Qirboyedov və Obresk tərəfindən əlavələr edilmişdir. (Bax: Л.С. Семенов, «О некоторых источниках по истории русско-персидских отношений первой третиXIX в.», «Вестник Ленингр. У-та. 1959)
Qeyd edim ki, məhz Billur çarpayıı və digər hədiyyələrə görə Fətəli şah Şimalı Azərbaycanı güzəştə gedib demək nə qədər doğru olar, amma tarixi sənədlər və tədqiqatlar göstərib ki, bu bahalı hədiyyələr əhəmiyyətli dərəcədə onun Rusiyaya güzəştə getməsinə səbəb olan amillərdən biridir.
Son olaraq qeyd edim ki, Beynəlxalq hüquqa görə Türkmənçay müqaviləsi ölü müqavilə və ölü imzalara əsaslandığından hüquqi qüvvəsini çoxdan itirib.
Zaur Əliyev, tarixçi alim
All react

Youtube kanalımız

Oxşar xəbərlər