Xəbər verdiyimiz kimi Nazir Sahil Babayev deyib ki, vətəndaş heç vaxt işləməyibsə, 1 qəpik sosial sığorta ödəməyibsə, o şəxslərin pensiya sisteminə girməsinə icazə vermək olmaz. İşləməsə belə, bir vətəndaşa pensiyanın verilməməsi fikri nə dərəcə düzgündür? Bu hal dünya praktikasında necə tənzimlənir?
Mövzu ilə bağlı News365.az-a iqtisadçı Günay Hüseynova danışıb.
"Nazir Sahil Babayevin fikri ümumiyyətlə absurddur. Əvvəla bütün layihələr və qəbul edilən qərarlar vətəndaşın xeyrinə olmalıdır. Vətəndaşı dövlətdən narazı salmaq, ona qarşı narazılıq yaratmaq olmaz. Azəbaycan Respublikası İqtisadi müstəqilliyin əsasları haqqında qanunun 1.və 2.maddələrində də bu aydın şəkildə qeyd olunub.
Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi ondan ibarətdir ki, müstəqil surətdə xalq təsərrüfatının strukturu, onun inkişafının üstün istiqamətləri müəyyənləşdirilir, maliyyə-büdcə, pul-kredit, qiymət, investisiya siyasəti, elmi-texniki və xarici iqtisadi siyasət həyata keçirilir, əhali üçün sosial təminatlar yaradılır.
Azərbaycan Respublikasının iqtisadi müstəqilliyindən məqsəd hər bir vətəndaşın layiqli həyat şəraitini, şəxsiyyətin mənəvi tələbatının ödənilməsini və özünüifadəsini təmin etmək, yaradıcı və məhsuldar əməyə ruhlandıran sabit mexanizmlər yaradılması yolu ilə Azərbaycan xalqının milli sərvətini qoruyub saxlamaq və artırmaqdır.
Qanunda da olduğu kimi hər bir vətəndaşın layiqli həyat səviyyəsi təmin olunmalıdır. Onsuzda qəpik-quruş alan, dərmanlarına, kommunala, qidalanmasına çatmayan üstəlik də kəsməklə budurmu vətəndaşın layiqli həyat səviyyəsi? İllərlə çalışıb sosial sığortası olanlar el dili ilə desək "ağ günə çıxdı", qaldı ki sığortasızlar. O zaman bu qurum nə üçün fəaliyyət göstərir? Hərkəs şəxsi bank hesabı açar aylıq müəyyən məbləğ yatırar. Həm aylıq faizi gələr üstünə həm də şəxs vəfat etsə belə vərəsəsi məbləği götürər. Daha niyə gedib ən yaxşı halda 8 saat işləyir, təqaüd yaşına çatıb çatmayacağı da məlum deyil.
Dünya praktikasına qaldıqda elə nümunəni yaxın qardaş ölkə Türkiyədən verə bilərik. Türkiyədəinsanlar hətta 40 yaşında da təqaüdə çıxır. Prim(gününü və sosial sığortasını) dolduranlar çox asanlıqla erkən təqaüdə çıxı bilir. Sosial sığortası olmayanlar belə yaşını doldurubsa onların da təqaüd haqqı var. Təqaüdün miqdarı dəyişir əlbəttə ki. Orda insanlar özləri can atırlar sosial sığortaya. Sosial sığortasız bir türk vətəndaşı 1 saat belə işləməz. Avropa ölkələrində də eyni ilə. Dövlət də xüsusi nəzarət edir. Hətta iş saatından əlavə işləyənlərin sosial sığorta ödənişi artıqlamasıyla ödənilir. Həmin ölkənin vətəndaşları bilir ki, dövlət yetəri qədər òdəyəcək təqaüdü, layiqli həyat səviyyəsi üçün hər şeylə təmin edəcək
Cənab nazirə səslənirəm, bizlərdə də varmı o xidmət hansı ki 65 yaş+ avtobus pulsuzdur, qatar, təyyarə çox cuzi qiymətədir. Valdeyninə baxan övlada bəzi dövlətlər hər ay müavinət verir. Cənab Sahil Babayev ilk öncə vətəndaşı bu kimi qayğılarını təmin etsin sonra , vətəndaşın "qəpik-quruş"na göz diksin"
Vəfa Vəliyeva, News365.az